İDMAN


Bakının “Telekom” voleybol klubu İstanbulda beynəlxalq turnirə qələbə ilə başlayıb

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC 

Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası İstanbulda “Boğaziçi” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer alan “Telekom” komandası “Sarıyer Bələdiyyəsi” ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Telekom” növbəti oyununu “Beşiktaş”a qarşı keçirəcək.

Yarışda Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirir. Qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Zoran Qayiçin yetirmələrinin rəqibləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.