İDMAN


Bakının “Telekom” voleybol klubunun Çempionlar Liqası üçün heyəti açıqlanıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC 

Bakının qadınlardan ibarət “Telekom” komandası Avropa Voleybol Konfederasiyasına sifariş vərəqini göndərib.

AZƏRTAC xəbər verir ki, “Telekom” klubu Çempionlar Liqasında 13 voleybolçunun gücündən istifadə edəcək.

“Telekom”un Çempionlar Liqası üçün heyətində toppaylayıcılar - Yana Əzimova (Azərbaycan), Sladyana Mirkoviç (Serbiya), hücumçular - Anastasiya Baydyuk, Yelizaveta Səmədova, Marqarita Əzizova, Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), Kseniya İvanoviç (Monteneqro), blokçular - Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva (Bolqarıstan), Olena Həsənova (Azərbaycan), liberolar - Mariya Filipova (Bolqarıstan) və Ülkər Kərimova (Azərbaycan) yer alıblar.

Komandanın məşqçilər korpusuna Zoran Qayiç rəhbərlik edəcək. Vasif Talıbov, Xanlar Ələkbərov, Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) isə ona köməklik edəcəklər.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.