İDMAN


Bakının "Azərreyl" voleybol klubu Çempionlar Liqası yarışlarına qələbə ilə başlayıb

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “Azərreyl” komandası Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edib.

Serbiyalı baş hakim İvan Lazareviçin idarə etdiyi oyunun ilk seti Bakı təmsilçisinin 25:21 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci setdə “Dabrova Qornitsa” hesaba tarazlıq gətirib – 25:15.

Təşəbbüsü ələ alan Bakı təmsilçisi ardıcıl iki setdə - 25:21 və 28:26 hesablı qələbə qazanıb.

Beləliklə, görüş 3:1 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb.

“C” qrupunun digər oyununda Fransanın “Sen-Rafael” komandası Türkiyənin “Fənərbağça” klubunu qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.