İDMAN
Bakının "İnter" futbol komandası Bilbaoda ilk məşqinə çıxıb
Bakı, 29 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakının "İnter" futbol komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komandamız artıq Bilbaodadır. “Silken İndautxu” mehmanxanasında məskunlaşan "İnter" ilk məşqinə çıxıb.
Matçı yunanıstanlı baş hakim Stavros Tritsonis idarə edəcək. Yardımçı hakim funksiyasını isə onun həmyerliləri Xristos Akrivos, İlias Alekseas və İlias Spatas yerinə yetirəcəklər.
Qarşılaşmanın hakim inspektoru finlandiyalı Youni Hittyia, UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni olacaq.
İlk oyun iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də Bilbaoda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]