İDMAN


Bakının "İnter" klubu Serbiyanın "Mladost"komandasını üç cavabsız qolla məğlub edib YENİLƏNİB

Bakı, 30 iyun, AZƏRTAC

Serbiyada keçirilən “Mladost”-“İnter” oyunu başa çatıb. Görüş Bakı təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda "Dalğa Arena"da keçiriləcək.

00:16

“İnter” komandası üçüncü topu rəqib qapısından keçirib. Oyunun 76-cı dəqiqəsində Rauf Əliyev fərqlənib.  

23:29

"Mladost"-"İnter" oyununun ilk hissəsi Bakı təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Görüşdə dubl edən Adrian Skarlatake hər iki qolu cərimə zərbəsindən vurub.

22:35

Bakının "İnter" futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi səfərdə Serbiyanın "Mladost" komandasının qonağıdır.

Mladost stadionunda start götürən oyunu rusiyalı hakimlər briqadası idarə edir. Görüşün baş hakimi Aleksey Matyunindir. Ona həmyerliləri Aleksey Lunev və Anton Kobzev kömək edirlər. Dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirir.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı Bernardino Qonzales Vaskes, UEFA nümayəndəsi isə Paolo Rondellidir (San-Marino).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.