İDMAN


Bakının "İnter" komandası UEFA Avropa Liqasına böyük hesablı qələbə ilə başlayıb

Bakı, 30 iyun, AZƏRTAC

İyunun 29-da Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasına böyük hesablı qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi turnirin birinci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Mladost" komandasının qonağı olub.

Mladost stadionunda keçirilən matçın 23 və 41-ci dəqiqələrində kobud oyuna görə rəqib qapısına təyin olunmuş cərimə zərbəsini “İnter”in futbolçusu Adrian Skarlatake dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.

Qarşılaşmanın ilk hissəsi "İnter"in 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rusiyalı baş hakim Aleksey Matyuninin idarə etdiyi görüşün ikinci hissəsinə hər iki komanda fəal başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən hissədə “İnter” yenidən sevinən tərəf olub. Belə ki, matçın 76-cı dəqiqəsində Rauf Əliyev topu uzaq doqquzluğa göndərərək hesab arasındakı fərqi artırıb. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Bakının "İnter" komandası 3:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda “Dalğa Arena”da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.