İQTİSADİYYAT


Bakının bəzi küçə və prospektlərində təbii qazın verilişində fasilələr yaranacaq

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakının bəzi küçə və prospektlərində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 7-ci Əhmədli küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin Nərimanov rayonu F.Yusifov küçəsi 1987-ci məhəllədə yerləşən “Azərbaycan Gözdən Əlillər” cəmiyyətinə məxsus 152 mənzilli yaşayış binasının qaz xəttinin mənbəyə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar sentyabrın 28-də saat 09:00-dan 18:00-dək Suraxanı rayonunun Günəşli, Bülbülə, Qaraçuxur və Əmircan qəsəbələrində, eləcədə Nərimanov rayonu Montin qəsəbəsi, H.Əliyev prospekti, M.Nərimanov, Həsənoğlu, Ə.Əliyev və digər ətraf küçələrin ərazisində, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin və Qaradağ rayonunun Lökbatan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.