ELM VƏ TƏHSİL


Bakının daha iki rayonunda məktəb seminarları təşkil edilib

Bakı, 7 iyul, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları: İlin yekunları və perspektivlər” mövzusunda “dəyirmi masa”lar davam edir.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, növbəti “dəyirmi masa”lar Nizami və Xətai rayonlarının ümumtəhsil müəssisələri üzrə keçirilib.

Məktəb direktorları üçün keçirilən “dəyirmi masa”da BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-2017-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə fikirlərini bildirib, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların qiymətləndirilməsi, dərsə davamiyyətin tənzimlənməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, məktəbəhazırlıq qruplarının təşkili barədə danışıb. Həmçinin müəllimlərin dərs yükü, təmayülləşmə, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti, təhsil müəssisələrinin idarə edilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması, Təlimə Dəstək Mərkəzinin fəaliyyətinin genişləndirilməsi və digər məsələlərə toxunub.

Sonra müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, paytaxtın ümumtəhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin məqsədi təhsildəki keyfiyyət artımının daha da dayanıqlı olması, “keyfiyyətli təhsil vermək”, “xoşbəxt şagird - keyfiyyətin ən vacib göstəricisi” kimi amilləri əsas götürməklə, səmərəli məktəb ideyasının bir dəyərə, ənənəyə çevrilməsini təmin etməkdir.

“Məktəb seminarları” təhsildə uğurlu nəticələr əldə edən məktəblərin nailiyyətlərinin müzakirəsi və idarəetmə istiqamətində mövcud olan uğurlu təcrübənin bölüşdürülməsi məqsədilə həyata keçirilən tədbirlərin davamıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.