MƏDƏNİYYƏT


Bakının dəyişən siması fotolarda

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda beş tanınmış fotoqrafın “Bakının dəyişən siması” adlı fotosərgisi açılacaq.

Sərginin kuratoru, Əməkdar İncəsənət Xadimi Rafiq Qəmbərov AZƏRTAC-a deyib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

“Sərgidə nümayiş olunacaq 100-dək foto müasir dövrdə paytaxtımızın sürətlə dəyişdiyini, dövlət tərəfindən aparılan quruculuq və abadlıq işlərini, tikilən yeni-yeni dövlət əhəmiyyətli obyektləri əks etdirəcək. Eyni zamanda, təqdim olunan fotolarda şəhərimizin səmadan görünüşü də yer alıb”, - deyə sərginin kuratoru bildirib.

Sərgi üç gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.