Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakının heykəlləri barəsində nə bilirik?

Bakı, 5 iyul, AZƏRTAC

Çoxəsrlik Azərbaycan incəsənətində heykəltəraşlığın küçə və meydanlara gec yol açmasının müxtəlif səbəbləri var. Bunu çoxları kimi dinə bağlamaqdan uzaq olmaqla, demək istəyirik ki, əslində xalqımızın plastik duyumu özünü sənətin ən müxtəlif sahələrində göstərməkdə idi. Odur ki, XX əsrdə yaşamağa məhkum olduğumuz yeni ictimai-siyasi şəraitdə Azərbaycan tişə ustalarının bir-birindən maraqlı heykəltəraşlıq nümunələri yaratmaları təbii qəbul olundu. Paytaxtımızı, eləcə də müxtəlif bölgələrimizin küçə və meydanlarında ucaldılan abidələr bunun əyani göstəricisidir. Onların əməli, sözü və sənəti ilə xalqımıza başucalığı gətirən görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılması, belə heykəllərin hər birimiz üçün qürur mənbəyinə çevrilməsi danılmazdır. Bununla belə çox vaxt onların müəlliflərini tanımaqda, yaradılma tarixini bilməkdə çətinlik çəkirik. Təəssüf ki, bu daha çox vurğuladıqlarımızın heykəllərin üzərində qeyd olunmaması ilə bağlıdır. Güman edirik ki, nə vaxtsa çoxlarına xırda görünə biləcək bu məsələyə diqqət yetiriləcək və abidələrin üzərində onun müəllifləri və yaranma tarixi qeyd olunacaq. İndi isə bunun intizarında olanlara paytaxtımızdakı bəzi heykəllər barəsində yığcam məlumat vermək istəyirik...

Öncə deyək ki, paytaxtımızda heykəllərin ucaldılmasına ölkəmizin sovetləşməsindən sonra başlanıb. Bu işə geniş kütlənin o qədər də yaxşı tanımadığı inqilab rəhbərlərinə abidə qoymaqla başlayanlar az sonra başa düşüblər ki, bu gedişlə yerli əhalini qıcıqlandıra bilərlər. Odur ki, çox düşünüb-daşındıqdan sonra xalq arasında məşhur olan bir-neçə tanınmış azərbaycanlıya heykəl qoymağa qərar veriblər. İlk olaraq satirik şeirləri ilə böyük rəğbət qazanmış Mirzə Ələkbər Sabirə abidə ucaldılıb. 1922-ci ildə, yəni şairin vəfatından cəmisi on il sonra, anadan olmasının 60 illiyində indiki abidənin yerində onun betondan hazırlanmış heykəlinin (müəllifi Yakov Keylixis) açılışı olub. Şairi ayaq üstdə təsvir edən bu heykəl M.Ə.Sabirin anadan olmasının 100 illiyinin qeyd olunması ərəfəsində - 1958-ci ildə tunc abidə ilə əvəzlənib. Əvvəlki heykəli isə şairin bir vaxtlar dərs dediyi Balaxanı qəsəbəsinə aparıblar və həmin plastika nümunəsi bu günə kimi də oranı bəzəməkdədir.

1930-cu ildə isə paytaxtda görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin abidəsinin açılışı olmuşdur. Müəllifi Pyotr Sabsay olan bu tunc heykəl daşıdığı yüksək bədii-estetik məziyyətlərə görə bu günə kimi də Bakının ən yaxşı abidələrindən sayılmaqdadır.

İkinci Dünya savaşından öncə dahi söz xiridarı Nizami Gəncəvinin 800 illik yubileyinin qeyd olunması barəsində qərarın qəbul olunması, onun 1947-ci ildə Gəncədə, 1949-cu ildə isə Bakıda abidələrinin ucaldılmasını şərtləndirdi. Hər iki əsərin müəllifi gənc heykəltəraş Fuad Əbdürrəhmanov idi. Gəncədəki heykəlin 1948-ci il SSRİ Dövlət mükafatına layiq görülməsi ilk növbədə azərbaycanlı tişə ustasının yüksək sənətkarlığına verilən qiymətin göstəricisidir.

Bundan sonra da paytaxtımızın küçə və meydanlarında görkəmli ədəbiyyat və incəsənət xadimlərinə abidələrin qoyulması prosesi davam etdirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə (1960, müəllifi Tokay Məmmədov), görkəmli şairlərdən Xurşidbanu Natəvana (1960, müəllifi Ömər Eldarov), Məhəmməd Füzuliyə (1962, müəllifləri Ömər Eldarov və Tokay Məmmədov), Səməd Vurğuna (1961, müəllifi Fuad Əbdürrəhmanov), Mikayıl Müşfiqə (1968, müəllifi Münəvvər Rzayeva), qəzəlxan Əliağa Vahidə (1990, müəllifləri Natiq Əliyev və Rahib Həsənov), Hüseyn Cavidə (1993, müəllifi Ömər Eldarov) və dramaturq Cəfər Cabbarlıya (1992, müəllifi Mirəli Mirqasımov) ucaldılan heykəllər bu qəbildəndir.

Bu gün Bakımızı bəzəyən abidələrin arasında xalqımızın tarixində işıqlı əməlləri ilə dərin iz salmış digər görkəmli şəxsiyyətlərin heykəlləri də vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə (2005, müəllifləri Mixail Nogin və Salavat Şerbakov), dövlət xadimi Şah İsmayıl Xətaiyə (1991, müəllifi İbrahim Zeynalov və Zakir Mehdiyev), Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov (1949, müəllifi Fuad Əbdürrəhmanov) və Mehdi Hüseynzadəyə (1973, müəllifi Fuad Əbdürrəhmanov), əmək qəhrəmanı Sevil Qazıyevaya (1968, müəllifi Münəvvər Rzayeva), ulu Dədə Qorquda (2013, müəllifi Görüş Babayev), görkəmli maarifçi Həsən bəy Zərdabiyə (1992, müəllifi Elmira Hüseynova), memar Zivərbəy Əhmədbəyova (2011, müəllifi Natiq Əliyev), rəssam Əzim Əzimzadəyə (2002, müəllifi Ömər Eldarov), 20 Yanvar şəhidlərinə (2012, müəllifləri Azad Əliyev və Cavanşir Dadaşov) və başqa abidələrimiz belə cəlbedici və yaddaqalan sənət nümunələrindəndir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar