İQTİSADİYYAT
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakı, 29 oktyabr, Elvin Camalov, AZƏRTAC
Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi, 130 ünvanında yerləşən “Bakı Konqres Mərkəzi”nə məxsus ərazidə abadlaşdırılma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar oktyabrın 29-da saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, təmir işləri 24 saat davam edəcək. Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.