MƏDƏNİYYƏT


Bakının mərkəzində skautların fotosərgisi açılıb

Bakı, 13 avqust, AZƏRTAC

Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi paytaxt sakinləri və xarici qonaqlar arasında dünya skautinq hərəkatını təbliğ etmək, ölkəmizə gələn skaut iştirakçıları arasında qiymətli xatirələri bölüşmək məqsədilə təşkil edilib.

Sərgidə skautların xüsusi tədbirləri zamanı çəkilən fotoları sərgilənib. Şəhərimizin sakinləri və qonaqlarımızın böyük marağına səbəb olan sərgi avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, 41-ci Dünya Skaut Konfransı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Skaut Hərəkatı Təşkilatı və Azərbaycan Skaut Assosiasiyası tərəfindən avqustun 14-dən 18-dək Bakı Konqres Mərkəzində keçiriləcək.

“Birlikdə Müsbət Dəyişikliyə doğru” mövzulu konfrans 159 Milli Skaut Təşkilatının nümayəndələrini, tərəfdaşlarını və qonaqlarını bir araya gətirən irimiqyaslı tədbirdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.