CƏMİYYƏT


Bakının məscidlərində bayram namazı qılınıb

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

Müqəddəs Ramazan bayramı münasibətilə iyulun 6-da Bakıda bayram namazı qılınıb.

AZƏRTAC xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılıb.

Dünyanın bir sıra ölkələrində müsəlmanlar bayram namazını iyulun 5-də qılıblar. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda isə bayram namazı bu gün qılınıb. Bayram namazı təzə Ayın görünməsi ilə əlaqədar təyin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.