MƏDƏNİYYƏT


“Bakının müasir memarlığı fotolarda” adlı sərgi açılacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakıda bir neçə gənc fotoqrafın birgə hazırladığı “Bakının müasir memarlığı fotolarda” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, noyabrın 8-də “Art Villa” qalereyasında gerçəkləşəcək sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.

Bakının müasir memarlıq obyektlərinin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə təşkil olunan sərginin kuratoru Rüstəm Hüseynovdur.

Sərginin müsabiqə mərhələsinə qatılmaq istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.