İQTİSADİYYAT


Bakının qəsəbələrində rabitə infrastrukturu olmayan ərazilər telefonlaşdırılır

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (Baktelecom) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.

Hazırda daha çox insana xidmət göstərmək məqsədilə, tələbata uyğun olaraq, yeni xətt qurğularının tikintisi aparılır.

Yaxın vaxtlarda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq.

Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyədavamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

“Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.