İQTİSADİYYAT
Bakıxanov qəsəbəsində iki nümunəvi həyət sakinlərin istifadəsinə verilib
Bakı, 31 iyul, AZƏRTAC
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Ş. Kamilov 5,7,9,11, məhəllə 4090/94 ev 4, 6 ünvanlarında iki nümunəvi həyət salınaraq sakinlərin istifadəsinə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qəsəbənin M. Əmirov küçəsi 32, 38 nömrəli ünvanlarında isə nümunəvi həyətin salınması işləri, eləcə də, S. Cabbarov küçəsi 4 və M. Fətəliyev küçəsi 68, 70 nömrəli binaların həyətlərində iki mərtəbəli mərasim evinin tikintisi yekunlaşıb.
Rayonun Sülh küçəsi 1 və R. Qəmbərov küçəsi 26, 28 nömrəli evlərin həyətində yeni mərasim evinin tikintisinə də başlanılıb.
Məlumatda həmçinin qeyd olunub ki, Bakıxanov və Sabunçu qəsəbələrində 23 binanın fasadlarına çəkilmiş polimer materiallar qısa müddət ərzində sökülərək əvvəlki görkəminə gətirilib. Hazırda həmin binalarda əlaqədar təşkilatların rəyi və təsdiq olunan layihə əsasında təmir-bərpa işləri aparılır. Bu binalardan 5-də işlər başa çatdırılıb.