Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“BakuBuild-2012” 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi açılmışdır

Bakı, 17 oktyabr (AZƏRTAC). Oktyabrın 17-də Bakı Sərgi Mərkəzində Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri - “BakuBuild-2012” 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi və Xəzər inşaat həftəsi açılmışdır.

AZƏRTAC xəbər verir ki, “BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian LLC” şirkəti isə “BakuBuild” sərgisinin təşkilatçıları qismində çıxış edirlər.

Sərginin açılışında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirmişdir ki, ölkəmizin müstəqillik əldə etdikdən sonrakı dövrdə qazandığı uğurlar sırasında tikinti sektorunun inkişafı xüsusi diqqətəlayiqdir. On səkkiz yaşını qeyd edən inşaat sərgisi nəinki Azərbaycanda, bu regionda ən böyük sərgidir. Bu isə sərgidə iştirak edən şirkətlərə ölkəmizin tikinti sahəsi və bazarı ilə daha yaxından əlaqələr qurmağa gözəl imkanlar açır.

Builki sərginin əlamətdar bayram - Dövlət müstəqilliyi günü ərəfəsində keçirildiyini deyən C.Qocayev ötən 18 ildə sərgi iştirakçılarının sayının ilbəil artmasını respublikamızın tikinti sektorunun inkişafı ilə əlaqələndirmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev isə ölkə iqtisadiyyatının dinamik inkişafında sahibkarlığın xüsusi roluna toxunaraq vurğulamışdır ki, əldə olunan uğurların təməlində dövlət tərəfindən biznes mühitinin yaxşılaşdırılması üçün görülən ardıcıl tədbirlər və sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməsi durur.

Respublikamızda istehsal olunan ümumi daxili məhsulun 80 faizdən çoxunun özəl sektorun payına düşdüyünü deyən M.Əfəndiyev bu sahədə uğurlu nəticələrin daha da çox olacağına əminliyini bildirmişdir. Ölkəmizdə tikinti sektorunun inkişafını vurğulayan natiq bu işdə “BakuBuild” sərgisinin əhəmiyyətini diqqətə çatdırmışdır.

“İTE Group” şirkətinin direktoru Edvard Stroun bildirmişdir ki, “BakuBuild-2012” ilə paralel keçirilən 4-cü Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji (“Aqua-Therm Baku”) və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (“CIPS-2012”) sərgiləri Bakı Sərgi Mərkəzinin üç zalını, həmçinin dəhliz və həyətdəki meydançanı bütünlüklə əhatə edir. Bu da sərgi sahəsinin 20 faiz artdığını göstərir. Builki sərgidə dünyanın 31 ölkəsindən 455 şirkət iştirak edir. Sərgi iştirakçılarının 60 faizi daimi eksponentlərdir və artıq bir neçə ildir ki, onlar öz məhsullarını Xəzər regionunun bazarına çıxarmaq üçün sərgidən səmərəli platforma kimi istifadə edirlər.

Sonra sərginin açılışını bildirən rəmzi lent kəsildi.

Sərgi ilə tanışlıq zamanı məlumat verildi ki, “BakuBuild-2012”-də 7 kollektiv ekspozisiya iştirak edir. Onlar arasında sərginin daimi iştirakçıları - Finlandiya, Almaniya, İspaniya, İtaliya, İran və Portuqaliyanın milli qrupları da vardır. Bu il yunan milli qrupu sərgidə ilk dəfə olaraq çıxış edir. Bundan başqa, türk istehsalçıları da əvvəlki kimi Azərbaycan bazarına böyük maraq göstərirlər. Çin şirkətləri tərəfindən də tutulan meydançaların sayı artmışdır. Bu il iştirakçıların 35 faizini isə məhz yerli şirkətlər təşkil edir. Həmçinin, hər il eksponentlərin tərkibi yeni iştirakçılarla daha da zənginləşir. Belə ki, bu il sərgi eksponentlərinin 30 faizi debütant iştirakçılardan ibarətdir.

“BakuBuild” sərgisinin özəl xüsusiyyətlərindən biri onun universal olmasıdır. Burada sadə alətlərdən tutmuş landşaft layihələndirilməsinə qədər inşaat məhsulları və xidmətlərinin bütöv spektri, habelə dizayn yenilikləri və innovasiyalı texnologiyalar ilə tanış olmaq mümkündür. “BakuBuild” sərgisində inşaat avadanlığı, naxış və üzlük materialları, santexnika, pəncərə və qapılar, eləcə də bir çox digər məhsulların zəngin çeşidi nümayiş etdirilir.

Azərbaycanda otel tikintisinin fəal inkişafı ilə əlaqədar olaraq, bu il ilk dəfə işıqlandırma sistemi üçün xüsusi işıq cihazları və qurğuları, habelə mehmanxana, saray və yaşayış kompleksləri üçün xüsusi çilçıraqlar təqdim olunur. İstehsalçılar və distribütorlar mehmanxana və ofislər üçün eksklüziv mebel, yeni dam və döşəmə örtükləri, yuyula bilən divar kağızlarını təqdim edirlər. Sərgidə daha bir yenilik mansar üçün xüsusi pəncərələrin ekspozisiyasıdır. Sərgi artıq ötən ildən başlayaraq uşaqlar, həmçinin fiziki imkanı məhdud olan insanlar üçün şəhər infrastrukturunun yaradılması sahəsində fəaliyyət göstərən şirkətləri də özünə cəlb edir. Bu il sərgidə avadanlıqla təchiz edilmiş uşaq oyun meydançaları, fiziki imkanı məhdud olan şəxslərə şəhərdə rahat şərait yaratmaq üçün müxtəlif qurğuların real maketlərini görmək mümkündür.

Kompleksin qarşısındakı həyətdə isə “AzTexnika” (Azərbaycan), “HIDROKON” (Türkiyə), “Hyundai” (Koreya), “Intertechnics” (Azərbaycan), “LTS MMC” (Azərbaycan), “MANN” (Almaniya), “Manitou” (Azərbaycan), “Prolink Caspian” (Azərbaycan), “VOLVO” (İsveç), “Wirtgen” (Almaniya), “Faymonville” (Belçika) və “JCB” (Böyük Britaniya) kimi lider brendlərin və digər şirkətlərin texnikaları nümayiş etdirilir.

“BakuBuild” sərgisi ilə paralel keçirilən 4-cü Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji (“Aqua-Therm Baku”) sərgisi və 5-ci yubiley Xəzər Beynəlxalq mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri (“CIPS-2012”) sərgisi də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Belə ki, bu il “Aqua-Therm Baku” sərgisində Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiya və başqa istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edirlər. “CIPS-2012” sərgisinə isə Azərbaycan, İtaliya, Rusiya, Ukrayna və Türkiyədən olan şirkətlər yüksək texnoloji məhsullarını, o cümlədən praktiki olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş surətdə tətbiq olunan avadanlıqların ən yeni nümunələrini və müasir texnologiyaları nümayiş etdirirlər.

Beləliklə, tikinti materialları və xidmətlərinin yerli, habelə xarici istehsalçıları və istehlakçıları arasında əməkdaşlığı fəallaşdırmaqla Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verən “BakuBuild” sərgisi yeni işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin qurulması, habelə inşaat sektorunda fəaliyyət göstərən ekspertlər arasında təcrübənin və ən yeni məlumatların mübadiləsi üçün regional mərkəz kimi öz statusunu bir daha təsdiq edir.

Sərgi öz işini oktyabrın 20-də başa çatdıracaqdır.

 

“BakuBuild-2012” 18-ci Azərbaycan Beynəlxalq inşaat sərgisi açılmışdır

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Ayın üzərində il reklam yerləşdirilib

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır