İQTİSADİYYAT
“BakuBus” MMC-nin 14 nömrəli marşrut avtobusu tam olaraq fəaliyyətə başlayıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
“BakuBus” MMC-nin 14 nömrəli marşrut avtobusu iki gün test rejimində işlədikdən sonra, noyabrın 2-dən etibarən tam olaraq fəaliyyətə başlayıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 14 nömrəli marşrut avtobusunun hərəkət cədvəli
“20 Yanvar” metro stansiyası - Milli onkologiya mərkəzi - Topçubaşov adına klinika - “İnşaatçılar” metro stansiyası - Yasamal rayon telefon qovşağı - Şərifzadə küçəsi - ASAN xidmət - Ə.Haqverdiyev küçəsi - Dənizçilər xəstəxanası - Mədəniyyət və İncəsənət Universiteti - İzmir bağı - Cəfər Cabbarlı küçəsi - Tibb Universitetinin kafedrası - “Nizami” metro stansiyası - Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Mərkəzi Bank - Səməd Vurğun bağı - Nobel prospekti - ASAN xidmət - “Xətai” metro stansiyası istiqamətindədir.
Əks istiqamətdə isə “Xətai” metro stansiyası - Afiyəddin Cəlilov küçəsi - Cavanşir körpüsü - Səməd Vurğun bağı - “28 May” metro stansiyası - Mərkəzi Bank - Heydər Əliyev Sarayı - Qış parkı - Xarici İşlər Nazirliyi - Z.Əhmədbəyov küçəsi - Caspian Plaza - İzmir bağı - Dövlət Statistika Komitəsi - Mədəniyyət və İncəsənət Universiteti - Ə.Haqverdiyev küçəsi - Yasamal rayon telefon qovşağı - “İnşaatçılar” metro stansiyası - Topçubaşov adına klinika - 2 saylı tibb kolleci - İctimai TV - “20 Yanvar” metro stansiyası istiqamətlərində hərəkət edəcək.