İQTİSADİYYAT


“BakuBus” avtobuslarında daha bir yenilik tətbiq olunub

A+ A

Bakı, 17 oktyabr, Elvin Camalov, AZƏRTAC

“BakuBus” avtobuslarında daha bir yenilik tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, avtobusların salonunda daha sivil mühitin formalaşması, sərnişinlərin maarifləndirilməsi və sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə “BakuBus” avtobuslarının salonunda mütəmadi olaraq sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarının səsləndirilməsinə başlanılıb.

M.Piriyevin sözlərinə görə gün ərzində “BakuBus” avtobuslarında səsləndirilən məlumatlarda paytaxt sakinləri və şəhərimizin qonaqları əsasən ictimai nəqliyyatdan təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırılır. Belə ki, ardıcıl olaraq təhlükəsiz şəkildə sərnişinlərin dayanacağa yaxınlaşması, avtobusa daxil olması, yolboyu avtobusun içərisində digər sərnişin və sürücülərlə münasibəti, avtobusda olarkən texniki təhlükəsizlik və nəzakət qaydaları sərnişinlərin diqqətinə davamlı olaraq çatdırılacaq.

“Hesab edirik ki, qanunvericilikdə nəzərdə tutulan müddəalara və beynəlxalq standartlara uyğun olaraq hazırlanmış sərnişinlər üçün təhlükəsizlik və davranış qaydalarını ictimai nəqliyyatdan istifadə edən hər kəsin bilməsi sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkil olunması üçün böyük əhəmiyyət daşıyacaq. Eyni zamanda sərnişinlər mənzil başına çatdıqdan sonra avtobusdan təhlükəsiz enib yolu necə keçmək və digər məlumatlarla tanış olacaqlar. Ümid edirik ki, mütəmadi şəkildə səsləndiriləcək bu qaydalar sərnişin-sürücü və sərnişinlərin bir-biri ilə münasibətlərinə öz müsbət töhfəsini verməklə yanaşı avtobusların salonuna yeni ab-hava gətirəcək və daha sivil mühitin formalaşmasına şərait yaradacaq. “BakuBus” sərnişindaşımada ən müasir standartların tətbiqini gələcəkdə də davam etdirəcək”, -deyə M.Piriyev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.