İDMAN


“Baku-2017”: Su polosu yarışlarının üçüncü gününə start verilib

Bakı, 15 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC

Mayın 15-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının üçüncü gününə start verilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Səudiyyə Ərəbistanı ilə İndoneziya milliləri üz-üzə gəliblər.

Günün ikinci qarşılaşması Azərbaycan və Türkiyə komandaları arasında oynanılacaq.

Mayın 17-dək davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya qızıl medal uğrunda mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.