İDMAN


“Baku-2017”yə hazırlaşan taekvando üzrə Azərbaycan millisinin açıq məşqləri olub

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Taekvando Federasiyasının idman zalında IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək taekvando üzrə milli komandamızın media nümayəndələri üçün açıq məşqləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin taekvandoçusu Yaprak Eriş təlim-məşq toplanışının yüksək səviyyədə keçdiyini bildirərək deyib: “Üç aydır Oyunlara hazırlaşırıq. “Bakı-2017”də əsas məqsədim qızıl medal qazanmaq və Azərbaycanın dövlət himnini səsləndirməkdir. Təcrübəmizi artırmaq üçün komandamız bir sıra turnirlərə qatılıb. Oyunlarda Azərbaycanı yüksək səviyyədə təmsil edəcəyimə inanıram”.

Qadın taekvandoçulardan ibarət yığma komandamızın baş məşqçisi Elnur Amanov isə Azərbaycan millisinin yarışlara tam hazır olduğunu vurğulayıb. Qeyd edib ki, komanda mayın 13-də Atletlər kəndinə köçənədək məşqləri gündə iki dəfə olmaqla davam etdirəcək.

IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək Olimpiya və dünya çempionu Radik İsayev (80 kq-dan yuxarı) yarışla bağlı danışarkən deyib: “Məqsədimiz Oyunlarda yaxşı nəticə göstərməkdir. Bunun üçün hamımız çalışır, bütün qüvvəmizlə hazırlıq keçirik. Məşqləri həvəslə davam etdiririk. Çalışacağıq ki, yarışlarda əziyyətimizin bəhrəsini görək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.