REGİONLAR


“Baku Chamber Orchestra” İsmayıllıda konsert verib

İsmayıllı, 1 avqust, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri avqustun 1-də İsmayıllıda “Talıstan forest” istirahət mərkəzində konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, açıq səhnədə çoxsaylı tamaşaçıların izlədiyi konsertdə orkestri Əməkdar İncəsənət Xadimi, dirijor Fuad İbrahimov idarə edib. Konsertdə P.Sarasatenin “Navarra”, Azərbaycan xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin” və “Qaragilə”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, Q.Qarayevin “İki rəqs”, Niyazinin “Qaytağı”, F.Əmirovun “Nizami”, L.Andersonun “Plink, Plank, Plunk” əsərləri səsləndirilib.

Konsertin sonunda musiqiçilərə təşəkkür edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanda ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətlərarası inteqrasiyada əhəmiyyətindən danışıb və növbəti festivallar çərçivəsində İsmayıllıda daha geniş konsertlərin təşkil ediləcəyinə ümidvar olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.