REGİONLAR


“Baku Chamber Orchestra”nın ifası Qəbələdə alqışlarla qarşılanıb VİDEO

Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 31-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestrinin konserti olub. Orkestri Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, dirijor Fuad İbrahimov müşayiət edib. Konsertdə P.Sarasatenin “Navarra”, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, F.Əmirovun “Nizami”, F.Bədəlbəylinin “Dəniz” simfoniyası, L.Andersonun “Plink Plank Plunk”, Niyazinin “Qaytağı” əsərləri səsləndirilib.

“Baku Chamber Orchestra”nın çıxışı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra isə konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyevanın çıxışı olub. Onu Əməkdar Artist Etibar Qasımbəyli (qarmon), gənc musiqiçi Nicat Məsimov (balaban) müşayiət edib. Musiqi gecəsində Azərbaycanın xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin”, “Qaragilə” ifa olunub. Sonda Azərbaycanın xalq rəqsi “Uzundərə” təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.