İDMAN
“Baku Cup – 2015” Beynəlxalq tennis turnirinin yeddinci günü başa çatıb
Bakı, 1 avqust, AZƏRTAC
Qadınlar arasında WTA International seriyasından “Baku Cup – 2015” Beynəlxalq tennis turnirinin yeddinci gününün nəticələri məlum olub.
AZƏRTAC xəbər verir ki, bu gün 2 təkbətək və 1 qoşa görüş olmaqla, 3 yarımfinal keçirilib.
İtaliyalı Karin Knapp rusiyalı rəqibi Marqarita Qasparyanın öhdəsindən gələ bilməyib. Görüş 2:1 hesabı ilə başa çatıb. Rumıniyalı Patrisiya Mariya Tiq Rusiya təmsilçisi Anastasiya Pavlyuçenkovaya 6:3 və 6:2 hesabı ilə qalib gəlib. Qoşa görüşlərin finalında M.Qasparyan/A.Panova (Rusiya) cütlüyü Jaoxuan Yanq/Lin Ju (Çin)cütlüyü üzərində 4:6, 6:2 və 10:7 hesabı ilə qələbə qazanıb.
Beləliklə, təkbətək görüşlərin sabahkı finalında M.Qasparyan və P.M.Tiq oynayacaqlar. Qoşa görüşlərdə birinci yer uğrunda M.Qasparyan/A.Panova və V.Dyaçenko (Rusiya)/Olqa Savçuk(Ukrayna) cütlükləri mübarizə aparacaqlar.