MƏDƏNİYYƏT


“Baku Fashion Club”un təqdimatı keçiriləcək

Bakı, 22 iyun, AZƏRTAC

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə iyunun 29-da "Baku Fashion Club" (BFC) təşkilatının təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın moda sahəsinin nümayəndələri arasında geyim və aksesuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Müntəzəm müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər.

Qeyd edək ki, “Baku Fashion Club”unun təşkilatı olan "BFC" - FMS Modelsin prezidenti və "Baku Fashion Night" moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.