İDMAN
“Baku Open 2014” şahmat festivalında “C” turnirinin qalibi müəyyənləşib
Bakı, 18 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 23-cü ildönümünə həsr olunmuş “Baku Open 2014” beynəlxalq şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində 12 yaşadək uşaqlar arasında keçirilən “C” turnirinin qalibləri müəyyənləşib. Turnirdə 23 ölkənin şahmatçıları ilə yanaşı, müxtəlif rayon və bölgələrdən 114 zəka sahibi qələbə uğurunda mübarizə aparıb.
Yarışda ən yaxşı nəticəni Bakı şahmatçıları Əhməd Əhmədzadə və Məhəmməd Muradlı göstəriblər. Hər iki şahmatçı 8 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Ə.Əhmədzadə əlavə göstəricilərə görə qızıl medala layiq görülüb. Mirmusa Feyziyev isə 7 xalla 3-cü pillədə qərarlaşıb.
Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]
Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur
- 26.04.2024 [10:23]
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb
- 26.04.2024 [01:04]