İDMAN


“Baku Open-2016” beynəlxalq festivalında üç şahmatçı liderlik edir

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Novxanı qəsəbəsindəki “AF-Hotel” otelində “Baku Open-2016” beynəlxalq açıq şahmat turniri davam etdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

“A” qrupunda 9 ölkədən 52 iştirakçı, o cümlədən 18 qrossmeyster yarışır. Turnirdə Azərbaycan, Misir, İran, Rusiya, Rumıniya, Suriya, Ukrayna, ABŞ və Özbəkistan nümayəndələri iştirak edirlər.

Üç turdan sonra “A” qrupunda ukraynalı usta Stanislav Boqdanoviç, iranlı qrossmeyster Pouya İdani və rusiyalı Sənan Syugirov 3 xalla liderlik edirlər. Azərbaycanlı qrossmeyster Nicat Abasov, rusiyalılar Anastasiya Bodnaruk və Saveli Qolubov, amerikalı Aleksander Lenderman, habelə misirli Əbdülrəhman Heşam onlardan yarım xal geri qalırlar. Sərxan Quliyev, Misrəddin İsgəndərov, Ülvi Bacarani, Loğman Quliyev, Ülvi Sadıxov, Vüqar Rəsulov, Zaur Məmmədov və Zeynəb Məmmədyarov bir xal geridədirlər.

“B” qrupunda Azərbaycan, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və Rusiyadan olan 128 şahmatçı mübarizə aparır. Bu qrupda 8 şahmatçı 3 xal yığıb. Azərbaycan şahmatçıları Müşfiq Əsgərov, Çingiz Rzayev, Fərid Aslanov, Elnur Əliyev, Fariz Əhmədov və Xəzər Babazadə də onların arasındadır. İran nümayəndələri Fərşad Samareh Şahpəsənd və Arya Omidi də aktivlərinə eyni miqdarda xal yazdırıb. 14 şahmatçı yarım xal toplayıb.

Xatırladaq ki, “Baku Open-2016”da 11 ölkədən 180 şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.