İDMAN


“Baku-Open 2016” mükafatları uğrunda 11 ölkənin ən güclü şahmatçıları mübarizə aparır

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Baku Open-2016” şahmat festivalına start verilib.

AZƏRTAC xəbər verir ki, “A” qrupunda 9 ölkədən 56 iştirakçı, o cümlədən 18 qrossmeyster starta çıxıb. Bu yarışda Azərbaycan idmanının şərəfini qrossmeysterlər Nicat Abbasov, Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, Sərxan Quliyev, Nərmin Kazımova, Xəyalə Abdulla, Türkan və Zeynəb Məmmədyarovalar və digər idmançılar qoruyurlar.

6 ölkəni – Azərbaycan, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və Rusiyanı təmsil edən 128 şahmatçı “B” qrupunda çıxış edir.

Festivalda bu qədim və gözəl oyunun 11 ölkədən olan 180 pərəstişkarı iştirak edir.

“A” və “B” qruplarının turnirləri Novxanı qəsəbəsindəki “AF-Hotel” otelinin konfrans zallarında keçirilir.

42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirildiyi günlərdə «Baku Crystal Hall» sarayında start götürmüş “C” qrupunda 111 şahmatçı iştirak edirdi. Həmin qrupda 9 mümkün xaldan 8 xal toplamış Mətin Mürsəlli qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.