MƏDƏNİYYƏT
“Baku World Challenge 2014” avtoyarışına gələn xarici jurnalistlərə Azərbaycanın turizm potensialının təqdimatı
“Baku World Challenge 2014” yarışı ilə əlaqədar Azərbaycana gəlmiş xarici jurnalistlər üçün Mədəniyyət və Turizm Nazirliyinin regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva tərəfindən ölkəmizin turizm potensialına dair təqdimat keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 44 jurnalistin iştirak etdiyi təqdimatda ABŞ-ın “Travel Weekly”, “Luxury Travel Advisor”, “National Geographic Traveler”, “USA Toda”, “Forbes Life”, Kanadanın “Canoe Voyages”, Avstraliyanın “Sky Business News ‘Business Class” və digər ölkələrin nüfuzlu KİV-ləri təmsil olunub.
Təqdimatdan sonra jurnalistlər tərəfindən Azərbaycan turizminin inkişafı, infrastruktur, “Bakı-2015” birinci Avropa Oyunları və digər mövzularda ünvanlanmış çoxsaylı suallar cavablandırılıb.
Sonda jurnalistlər yeni açılmış Xalça Muzeyinə dəvət olunublar.