İQTİSADİYYAT


“Bakutel-2016” sərgisi çərçivəsində “Əşyaların interneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə noyabrın 29-30-da “Bakutel-2016” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Əşyaların interneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konfransda “Huawei”, “SAP” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edəcək.

Tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların interneti”nə dair planlar”, “Əşyaların interneti” mühiti və marketinq təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunacaq.

Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunacaq.

Eyni zamanda, forumda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.