İQTİSADİYYAT


“Bakutel-2016” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur ViDEO

A+ A

Bakı, 29 noyabr, Elvira Məmmədova, AZƏRTAC 

Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi - “Bakutel-2016”da AZƏRTAC öz stendi ilə təmsil olunur.

Builki sərgidə dünyanın18 ölkəsindən 200-dək şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

Hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından bəhs edən videoreportajlar, noyabrın 16-18-də Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları üçün hazırlanmış fotoalbom nümayiş olunur.

Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 7 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.

Ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.