İQTİSADİYYAT


“Bakutel-2016” sərgisinin iştirakçıları hədiyyələr qazanıblar

Bakı, 2 dekabr, AZƏRTAC

“Elektron hökumət” portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında (“Bakutel-2016”) öz yeniliklərini təqdim edib.

Portaldan AZƏRTAC-a bildirilib ki, gündəlik yaşayışı sadələşdirəcək elektron xidmətlər barəsində məlumat almaq, eyni zamanda, sərgiyə ayrılan vaxtı əyləncəli keçirmək istəyən ziyarətçilər “Elektron hökumət” stendinə baş çəkərək, burada “Artırılmış Reallıq” (Augmented Reality) texnologiyasının tətbiqi ilə maraqlı viktorinanın iştirakçısı olublar. Viktorinanın şərtlərinə görə, iştirakçılar sərgi üçün xüsusi hazırlanmış mobil tətbiq vasitəsilə RYTN-in stendlərində yerləşdirilən posterləri skan edərək, poster üzərində canlanan videoları izləyib, ekrana çıxan sualı doğru cavablandırıblar.

Viktorinaya hazır olmaq üçün iştirakçılar mobil cihazının əməliyyat sisteminə uyğun marketdən (Apple Store /Google Play) "EGOV AR" yazmaqla tətbiqi yükləyərək, mobil tətbiqin istifadəçi təlimatı ilə tanış olublar.

Viktorinanın keçirilməsində məqsəd sosialyönümlü elektron xidmətlər, "Elektron hökumət" portalı çərçivəsində görülən işlər barədə vətəndaşların maarifləndirilməsi və elektron xidmətlərin istifadəsinə marağın artırılması idi. Elə bu məqsədlə də videolar "Elektron hökumət" portalı, "Elektron Arayışlar", "Yeni Nəsil Şəxsiyyət Vəsiqəsi", "Elektron İmza", "IMEI Kod" və "157 Çağrı Mərkəzi" mövzularını əhatə edib.

Bütün sualları düzgün cavablandıran iştirakçılar portalın operatoru tərəfindən maraqlı hədiyyələr qazanıb.

Tətbiqi yükləmək və daha ətraflı məlumatı https://www.e-gov.az/egovar/keçidindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.