İQTİSADİYYAT


“Bakutel”in rəsmi saytı yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına verilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda, Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi sayılan “Bakutel”in rəsmi saytı (bakutel.az) təkmilləşdirilərək, yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, quruluş və məzmun baxımından müasir tələblərə cavab verən yeni saytda “Sərgi”, “İştirakçılar üçün”, “Ziyarətçilər üçün”, “Media мərkəzi”, “Səfərin təşkili”, “Təşkilatçı” adlı əsas bölmələrlə yanaşı, çoxsaylı alt bölmələr də yer alıb.

İstifadəçilər bu bölmələr vasitəsilə 22 illik tarixə malik sərgi haqqında geniş və ətraflı məlumatlar əldə edə bilərlər. Sərginin rəsmi internet resursunun yenilənmiş versiyası öz funksionallığı və daha rahat istifadə imkanları ilə seçilir.

Üç dildə - Azərbaycan, rus və ingilis dillərində məlumat bazası ilə zənginləşdirilən resursda “Bakutel”in partnyorlarının, eləcə də informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq təşkilatların rəsmi saytlarına sürətli keçid təmin edilib.

Saytın fəaliyyəti iştirakçı və ziyarətçilər üçün də bir xeyli üstünlüklər yaradır. Belə ki, sərgi iştirakçıları stendin rezervasiyası ilə bağlı müvafiq prosedurları həyata keçirə, ziyarətçilər isə sərgidə iştirak etmək üçün dəvətnaməni sayt üzərindən əldə edə bilərlər.

Qeyd edək ki, XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı “Bakutel-2016” noyabrın 29-dan dekabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.