İQTİSADİYYAT


Balababa Məcidov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb

Bakı, 30 iyun, AZƏRTAC

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AZƏRTAC-a verilən məlumata görə, belə ki, bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.