MƏDƏNİYYƏT


Balaca rəssamın “Mənim rəngli mozaikam” adlı rəsm sərgisi açılacaq

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də “Bakı” Rəsm Qalereyasında balaca rəssam Ayxan İsazadənin “Mənim rəngli mozaikam” adlı rəsm sərgisi açılacaq. Sərgi “Bakı” Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə müəllifin 50-yə qədər sulu boya, qrafika və yağlı boya janrında çəkilmiş müxtəlif mövzularda rəsmləri nümayiş olunacaq.

Qeyd edək ki, 10 yaşlı Ayxan İsazadə paytaxtdakı 258 nömrəli orta məktəbin 5-ci sinif şagirdidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.