MƏDƏNİYYƏT


Balaca rəssamlar fərqli mədəniyyətlə tanış olublar

Bakı, 23 may, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bakıdakı Misir Mədəniyyət Mərkəzində tədbir keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Asəf Kərimovun rəhbərliyi ilə “Palitra Art Studiyası”nın balaca rəssamları iştirak edib.

Mərkəzin direktoru Əhməd Sami Elaydi “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb və balacaları Misir mədəniyyəti ilə tanış olmaq üçün videoslayda baxmağa dəvət edib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova insanın şəxsiyyət kimi formalaşmasında mütaliənin rolunu yüksək qiymətləndirib. Bildirib ki, mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.

Bildirilib ki, tədbirin məqsədi ecazkar Misir nağılları haqqında nəşr olunacaq kitaba illüstrasiyalar çəkəcək balaca rəssamların bu ölkənin mədəniyyəti ilə daha yaxından tanışlığına şərait yaratmaqdan ibarətdir.

Balaca rəssamlar Misir Mədəniyyət Mərkəzində eksponatlarla və zəngin kitabxana ilə tanış olublar.Hər bir iştirakçıya Misir haqqında kitabçalar, xəritələr təqdim edilib.

Sonda F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Bakıdakı Misir Mədəniyyət mərkəzinə kitablar hədiyyə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.