MƏDƏNİYYƏT


Balacalar üçün “Xoşbəxtlik sandığı” təqdim olunacaq

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

TRİDA Beynəlxalq Prodüser Mərkəzi Bakıda “Xoşbəxtlik sandığı” adlı yeni interaktiv tamaşanı təqdim edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Maşa və Ayı” cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşada balacalar yeni şən macəraları rahatlıqla seyr edə biləcəklər.

Musiqili və macəralı komediya janrında olan tamaşanın xronometrajı 55 dəqiqədir.

Dekabrın üçüncü ongünlüyündə nümayişi nəzərdə tutulan səhnə əsərinin süjeti Maşanın xoşbəxtlik axtarışı ilə bağlıdır.

Qeyd edək ki, tamaşada iştirak etmək üçün biletləri http://iticket.az/ saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.