MƏDƏNİYYƏT


Balacaların əl işlərindən ibarət sərgi açılıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqında Nərimanov rayon 183 nömrəli körpələr evi-uşaq bağçasında təlim-tərbiyə alan uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılıb.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə “ASAN School” könüllülük proqramının “Yaşıl ASAN” təşəbbüsü və “ASAN könüllüləri” gənclər təşkilatının elan etdiyi “Yaşıl incəsənət” rəsm sərgi-müsabiqəsi çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Balaca fırça ustalarının sərgiyə təqdim etdiyi əsərləri yüksək dəyərləndirən A.İbrahimov onların bacarıqlarından, sənət istedadlarından söz açıb. Vurğulanıb ki, sərginin ekspozisiyasında nümayiş olunan 50 sənət əsəri mövzu və məzmun baxımından cəlbedicidir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərginin açılmasında məqsəd müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, balacaların ətraf mühitin mühafizəsinə, Azərbaycanın flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.