CƏMİYYƏT


Balakən ərazisində zəlzələ olub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Sentyabrın 7-də saat 20:57-də Zaqataladan 19 kilometr şimal-qərbdə, Balakən ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, zəlzələnin maqnitudası 4,4 bal, dərinliyi isə 4 kilometr olub.

Yeraltı təkanlar Balakən ərazisində 4 bal, Zaqatala ərazisində isə 4 bala yaxın hiss olunub. Zəlzələ episentrə yaxın ətraf rayonlarda isə 3 bala qədər hiss edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.