ELM VƏ TƏHSİL
Balakən rayonunun müxtəlif yerlərində vizual müşahidələr aparılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyasının əməkdaşları Balakən rayonunda ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 15 gün davam edən ekspedisiya müddətində Balakən rayonunun müxtəlif yerlərində vizual müşahidələr aparılıb, iyirmiyə qədər əsas və yardımçı torpaq kəsimləri qoyulub, laboratoriyada analiz olunmaq üçün torpaq nümunələri götürülüb. Hazırda ötən 40-50 il ərzində Böyük Qafqazın torpaqlarında baş verən proseslərin nəticələri, torpaq tiplərinin konturlarının dəqiqləşdirilməsi və xəritədə qeyd olunmuş antropogen təsir nəticəsində torpaqda baş vermiş proseslər müəyyən edilib, onların qarşısını almaq üçün kompleks aqromeliorativ tədbirlər sisteminin hazırlanması üzərində iş gedir.