REGİONLAR
Balakən şəhərində 100 yerlik uşaq bağçasının tikintisi yekunlaşıb
Balakən, 2 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində inşa edilən iki mərtəbəli binanın tikintisinə cari ilin martında başlanılıb. Milli memarlıq üslubunda tikilən bina küçəyə xüsusi yaraşıq verir. Bağça binasında yataq, məşğələ və oyun otaqları, musiqi zalı, mətbəx, yeməkxana yerləşir. Binanın həyətində yanğın əleyhinə və içməli su çənləri qoyulub, transformator, nasosxana quraşdırılıb. Həyət tam abadlaşdırılıb, uşaqlar üçün istirahət guşələri yaradılıb.
Uşaq bağçası binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]