REGİONLAR


Balakəndə 11 tondan çox barama tədarük olunub

Balakən, 21 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunda istehsalçılardan barama tədarükü başa çatmaq üzrədir. Kümçülər indiyədək qəbul məntəqəsinə 11 tondan çox yaş barama təhvil veriblər. Barama istehsalı ötən illə müqayisədə 3,5 dəfə artıb.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, Balakən rayonunda builki mövsümdə barama yetişdirilməsi ilə əlaqədar 115 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 250 qutu, yəni 4 kiloqram 750 qram ipəkqurdu paylanılıb.

Hazırda rayonda istehsalçılardan barama qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.