REGİONLAR


Balakəndə Respublika şahmat olimpiadası başa çatıb

A+ A

Balakən, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmə və gənclər arasında keçirilən Respublika şahmat olimpiadası başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda respublikamızın 50-dək şəhər və rayonunu təmsil edən oğlan və qız şahmatçılar mübarizə aparıb. Yarışlar İsveçrə sistemi ilə iki yaş qrupu üzrə keçirilib. 16 yaşadək şahmatçılardan təşkil olunan komandaların yarışında Sumqayıt təmsilçiləri qalib gəlib. Sonrakı yerləri Bakı 2 nömrəli və Respublika şahmat məktəblərinin komandaları tutublar. 12 yaşadək şahmatçıların komanda yarışları isə Quba şahmatçılarının qələbəsi ilə başa çatıb. Bakı 2 nömrəli və Sumqayıt şahmat məktəblərinin komandaları ikinci və üçüncü yerlərə sahib çıxıblar.

Olimpiadanın yekununda komanda yarışlarında fərqlənənlərə, eyni zamanda, müxtəlif yaş qrupları üzrə şəxsi birinciliklərdə qalib gəlmiş oğlan və qız şahmatçılara Azərbaycan Şahmat Federasiyası tərəfindən medal, diplom və pul mükafatları, həmçinin rayon gənclər və idman idarəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.