REGİONLAR


Balakəndə boks üzrə açıq rayon birinciliyində 240 idmançı  mübarizə aparıb

Balakən, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində boks idman növü üzrə yeniyetmələr arasında açıq rayon birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin yaradılmasının 23-cü ildönümünə həsr olunan yarışda respublikamızın yeddi şəhər və rayonunu təmsil edən 240 yeniyetmə boksçu mübarizə aparıb.

Yeddi yaş qrupu üzrə keçirilən yarışlarda balakənli idmançılar daha uğurlu çıxış edərək, 16 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yarışların yekununda ilk yerləri tutan idmançılar rayon gənclər və idman idarəsi tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.