REGİONLAR


Balakəndə boks üzrə respublika birinciliyinin final mərhələsi başlayıb

A+ A

Balakən, 31 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Yeniyetmələrin X Respublika Oyunlarının proqramına uyğun olaraq, Balakəndə boks üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda respublikamızın şəhər, rayon, klub və idman cəmiyyətlərini təmsil edən 34 komandanın tərkibində 128 yeniyetmə dəri əlcək ustası mübarizə aparır. İdmançılar 16 çəki dərəcəsində yarışırlar. Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir.

Oktyabrın 31-də Balakən Olimpiya İdman Kompleksində yarışların rəsmi açılış mərasimi olub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sarvan Nağıyev, nazirliyin yerli idarəsinin rəisi Rasim Paçalov və digərləri çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra idmançılar rinqə dəvət olunublar.

Yarışlara noyabrın 2-də yekun vurulacaq. Qaliblər nazirliyin kubok, diplom və medalları ilə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.