REGİONLAR


Balakəndə ət, süd və yumurta istehsalı artıb

Balakən, 15 yanvar, AZƏRTAC

2016-cı il Balakən rayonunun heyvandarları üçün çox uğurlu olub. Belə ki, ötən il rayonda bütün növ heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

Balakən rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 122 ton və ya 2,4 faiz artaraq 5 min 135 ton olub. Həmin müddətdə rayonun təsərrüfatlarında 20 min 653 ton süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 97 ton çoxdur.

Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb.

Hesabat ilində Balakəndə yumurta istehsalı əvvəlki illə müqayisədə 79 min ədəd artaraq 9 milyon 189 min ədəd olub, yun istehsalı isə 2,7 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.