REGİONLAR


Balakəndə gənclər arasında sağlam həyat tərzini təbliğ edən yeni layihə reallaşıb

A+ A

Balakən, 27 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Gənclərin gücü” layihəsi çərçivəsində Balakən şəhərində keçirilən həvəskarlar arasında qol güləşi turnirində 80 gənc gücünü sınayıb.

AZƏRTAC xəbər verir ki, turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, layihənin rəhbəri Eşqin Uzunov, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə reallaşan layihənin əsas məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Beş çəki dərəcəsində keçirilən yarışda qalib gələn idmançılar diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.