İDMAN


Balakəndə keçirilən yunan-Roma güləşi üzrə turnirin qalibləri mükafatlandırılıb

A+ A

Balakən, 30 iyul, Səxavət Quliyev, AZƏRTAC

İyulun 30-da Balakən Olimpiya İdman Kompleksində Əməkdar Məşqçi, SSRİ idman ustası İsmayıl Çopsiyevin anadan olmasının 70 illik yubileyinə həsr edilən yunan-Roma güləşi üzrə turnirin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının, Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2000-2002-ci il təvəllüdlü 100-dən çox idmançı mübarizə aparıb.

Dünya Güləş Birliyinin qaydaları əsasında təşkil olunan yarışda Elgün Hacıyev (42 kq), Fuad Cəfərov (46 kq), İsmayıl Hüseynov (50 kq), Xasay Həsənli (54 kq), Əli Əlizadə (58 kq), Ruslan Hədisov (63 kq), Eldar Məmmədov (69 kq), Murad Şadrayev (76 kq), Laçın Vəliyev (85 kq) və Elxan Quluzadə (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Balakən rayon gənclər və idman idarəsinin diplom və medalları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.