REGİONLAR


Balakəndə kənd məktəbi üçün yeni bina tikilir

A+ A

Balakən, 12 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun Şərif kəndində tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisinə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bina 2012-ci ildə bölgədə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşüb.

Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən ikimərtəbəli yeni məktəb binasının 2017-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Ümumiyyətlə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə son 11 ildə Balakən rayonunda 31 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası isə əsaslı təmir olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.