CƏMİYYƏT


Balakəndə polis “Xaş-Xaş-2017” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat keçirib

Bakı, 9 avqust, AZƏRTAC

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində “Xaş-Xaş-2017” kompleks tədbirlər planına uyğun olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə uğurlu əməliyyat rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Balakən rayonunun Hənifə kəndində sakinlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Rayon polis şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan qrup tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, Hənifə kənd sakini Vüqar Əhmədova məxsus evə və həyətyanı sahəyə baxış keçirilib. Həyətyanı sahədən ümumilikdə 53 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

V.Əhmədovun evinə baxış zamanı isə evin müxtəlif yerlərində gizlədərək saxlanılan külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza həmin narkotik vasitənin 3,5 kiloqram qurudulmuş marixuana olması barədə rəy verib.

Araşdırmalarla V.Əhmədovun həmin narkotik vasitəni satış məqsədi ilə saxladığı müəyyən edilib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.